Çərşənbə axşamı 17 Sentyabr 2019

İdman

ADAU-nun idman tarixinə töhfələr verən idmançı Nail Əziziov

Surxay Məmmədzadə - 27/05/2019

Azərbaycan Dövlət Aqrar Universiteti təkcə nümunəvi təhsil müəssisəsi kimi tanınmır. Azərbaycanın idman şərəfinin qorunmasında da universitetin tələbələri bir sıra uğurlara imza atıb

Belə tələbələrdən biri də Baytrlıq təbabəti və zoomühəndislik fakültəsinin rus bölməsinin 1-ci kurs tələbəsi Nail Əzizovdur.

Nail Əzizov Gəncədə doğulub və idman dünyasına 8 yaşında qədəm qoyub. İlk olaraq idmanın taekvondo növü ilə məşğul olub. Bir müddət sonra yeniyetmələr arasında keçirilən yarışda 45 kiloqram çəkidə iki qat respublika çempionu olub, beynəlxalq turnirlərə iştirak hüququ qazanıb. İdmanın poverliftinq növü ilə də məşğul olmağa başlayıb. Bu sahədə də idman həyatına uğur yaza bilib. Az sonra isə qaydasız döyüşə maraq göstərib və bu idman növündə gücünü sınayıb. Nəhayət gərgin və əziyyətli məşqlər bəhrsini verib.. Beynəlxalq turnirlərin çempionu adına qədər şərəfli yol keçib. Özünün dediyi kimi ən böyük naaliyyəti isə Qafqaz və ikiqat pespublika çempionu olmağıdır.

Nailin daha böyük uğurlara imza atacağı günlər isə hələ qabaqdadır. ADAU-nun həm təhsil, həm də idman şərəfinə töhfələr verən bu gəncin sabah daha böyük uğur qazanacağına inanırıq.

Photogallery

61371830 2316578801768395 4667751400522907648 N

Hadisə