Çərşənbə axşamı 17 Sentyabr 2019

Cəmiyyət

Gəncədə ərazi ilk partiya təşkilatının yeni sədri seçilib

Sənubər Qocayeva - 27/05/2019

YAP Gəncə şəhər təşkilatında Gəncə şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən körpələr evi-uşaq bağçaları YAP ərazi ilk partiya təşkilatının iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ ərazi ilk partiya təşkilatında yeni sədrin seçilməsi olub.

YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Tural Verdiyev tədbiri açaraq, bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası fəaliyyəti ilə ölkəmizin, xalqımızın həyatını kökündən dəyişməklə yanaşı, dövlətçilik tariximizdə yeni mərhələnin əsasını qoyub, habelə qısa zaman kəsiyində öz siyasi xəttinə sadiqliyi, xalq, dövlət qarşısında xidmətləri, ölkəmizin bir-birini əvəzləyən uğurları ilə cəmiyyətdəki mövqeyini daha da möhkəmləndirərək, ümumxalq partiyasına çevrilib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası dəyərlərinin yüksək səviyyədə qorunması və daha da inkişaf etdirilməsi nəticəsində partiya üzvlərinin sayı günü-gündən artmaqdadır.

YAP Gəncə şəhər təşkilatının əməkdaşı Anya Süleymanova Ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə və uşaqlara böyük diqqət və qayğısının bəhrələri bu gün müstəqil dövlətimizdə aydın göründüyündən danışıb. Anya Süleymanova qeyd edib ki, bu diqqətin nəticəsidir ki, Azərbaycanda uşaq hüquqları etibarlı şəkildə qorunur. Uşaqların sağlam mühitdə böyümələri üçün bütün tədbirlər görülür. Dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən körpələr evi-uşaq bağçaları YAP ərazi ilk partiya təşkilatlarında işin günün tələbləri səviyyəsində qurulmasından, maarifləndirici təbliğat tədbirlərinin gücləndirilməsindən danışılıb. Natiqlər YAP-ın ölkəmizdə və dünyada yüksək nüfuza malik siyasi partiya olduğunu söyləyib, bu partiyada təmsil olunmaqdan böyük qürur hissi keçirdiklərini dilə gətiriblər.

Sonda səsvermə yolu ilə Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zibəndə Yusifova ərazi ilk partiya təşkilatının sədri seçilib.

Photogallery

60860971 1347212502086167 8073291739013578752 N 61114053 399713683960016 2453116673289355264 N 61170921 288488522031567 8902691353125715968 N 61326016 454672728637982 80390470542295040 N 60919563 415852392589930 6092555939968188416 N

Hadisə