Çərşənbə günü 18 Sentyabr 2019

QHT

Gəncə Regional Qadın Mərkəzi növbəti maarifləndirici layihəsini icra edir

Sənubər Qocayeva - 25/05/2019

Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ailə qanunvericiliyinin təbliği və məişət zorakılığının qarşısının alınması məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi” layihəsinin icrasına başlayıb.

İcra müddəti 01 may – 01 avqust 2019-cu ili əhatə edir. Layihənin əsas məqsədi yaradılmış Gəncə Yardım Mərkəzinin fəaliyyətini davam etdirmək, maarifləndirmə işini genişləndirməklə genderəsaslı zorakılıqla mübarizə aparmaq, insan haqlarının qorunmasına dəstək verməkdir. Layihənin əsas hədəfi gənclərdir. Bu məqsədlə layihənin İcra planına əsasən Gəncədə Gəncə Dövlət Universitetində, Azərbaycan Texnologiya Universitetində, Musiqi kollecində gənc oğlan və qız tələbələrlə “Ailə qanunvericiliyinin və genderəsaslı zorakılıqla bağlı qanunvericiliyin təşviqi”  adlı görüş keçirilmişdir. Görüşləri layihə rəhbəri açaraq layihə haqqında məlumat vermiş, layihənin aktuallığından danışmış, bu mövzuda gənclərin daha çox maariflənməyə ehtiyacları olduğunu bildirmişdir. Layihənin hüquqşünası Azrbaycan Respublikasında bu sahədə münbit hüquqi bazanın olmasını billdirmiş, mövcud qanunvericilikdən danışmış, Cinayət Məcəlləsinə əaslanaraq gəncləri gələcəkdə baş verə biləcək fəsadlar zamanı bu maddələrə əsasən məsuliyyət daşıyacaqlarını xəbərdar etmişdir. Gəncə Dövlət Universitetində

Millət vəkili Pərvin Kərimzadə bu sahədə ölkəmizdə olan mövcud vəziyyətdən, qanunvericilik bazasından danışmış, münbit hüquqi qanunvericilikdən məhz gənclərin daha çox bəhrələnmələrinin vacib olmasını qeyd etmişdir. O bildirtmişdir ki, belə maarifləndirici görüşlər tələbə-gənclərin məlumatlarının artmasına və gələcək fəsadların qarşısının almalarına imkan verəcəkdir. Tələbələrə mövcud qanunvericiliklər çox açıq şəkildə izah edilmiş,  bu mövzuya uyğun real hadisələrdən misallar çəkilmiş, gəncləri maraqlandıran suallara cavab verilmiş, 2018-ci ildə genderəsaslı zorakılıqla bağlı məlumat verilmişdir. Gənclərə ölkəmizdə bu sahədə mövcud qanunları oxumaq tövsiyyə edilmişdir.Görüşlərdə ümumilikdə 150 nəfərdən artıq tələbə və gənc müəllimlər iştirak etmiş, maraqla qarşılanmışdır. Tədbirlər davam edir.

Photogallery

IMG 0270

Hadisə

Cəmiyyət