Çərşənbə axşamı 17 Sentyabr 2019

Təhsil

UTECA-da Məzun günü və Məzun yarmarkası keçirilib

Gülnar Fazilqızı - 24/05/2019

Azərbaycan Texnologiya Universitetində Məzun Günü keçirilib. Bu münasibətlə UTECA-da “Karyeraya bizimlə başla!” devizi altında məzun yarmarkası da təşkil edilib. İşaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə təşkil edilən yarmarkada Azərbaycan Texnologiya Universitetinnin məzunları ilə yanası Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin və Humanitar Kollecin məzunları da istirak ediblər.

Yarmarkada gənclərə 60-a yaxın xidmət və istehsal müəssisəsi tərəfindən 450 dən çox vakant yer təqdim edilib.

Tələbə və məzunlar təklif edilən iş yerləri ilə maraqlanıb, müvafiq sənədləri təqdim ediblər.

Daha sonra “Məzun–2019” buraxılış tədbirində universitetin rektoru, professor Akif Süleymanov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Qeyd edilib ki, bu il - 45-ci buraxılışda UTECA-nı 570 məzun bitirir. Həmçinin bu il universitetdə 37 magistr da məzun olur.

Rektor sabahın mühəndis və texnoloqlarının təbrik edərək, onların universitetdə aldıqları biliklər sayəsində uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əmin olduğunu bildirib.

Sonra təhsildə fərqlənən məzunlar mükafatlandırılıb. Tədbir konsert proqramı ilə davam edib.

 

 

Photogallery

60836883 2120213848097476 488439198617960448 N 60745529 2352689761616738 5467402241486880768 N 61029058 873115496360065 8691117806676082688 N 60896588 1227847474051657 8306704614342787072 N 61292568 185702519011872 616351906037497856 N 61477963 306897826902438 6928778268543811584 N 61049535 1040370916158940 2133983440507240448 N 60941865 1319493544871133 1742701465891241984 N

Hadisə