Çərşənbə axşamı 16 İyul 2019

Təhsil

“ADAU-nu tanıdaq” layihəsi çərçivəsində Yevlax və Bərdə məktəbliləri ilə görüş olub

Sənubər Qocayeva - 24/05/2019

Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyyətinin daha bir görüşü Yevlax və Bərdə məktəbliləri ilə olub. “Universiteti tanıdaq” layihəsi çərçivəsində təşkil edilən belə görüşlər orta məktəb məzunlarına ixtisas seçimində kifayət qədər yardımçı olur.

Hər iki rayonda keçirilən görüşdə yuxarı sinif şagirdləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 

Əvvəlcə Azərbaycan Dövlət Aqrar Universiteti haqqında tanıtım filmi nümayiş olunub. 

Görüşlərdə ölkədə aqrar sahənin inkişafından danışılıb, rayon iqtisadiyyatın əsasını kənd təsərrüfatının təşkil etdiyi bildirilib. Həmçinin aqrar sahə üzrə ixtisas seçənlər üçün kifayət qədər iş yerinin olduğu diqqətə çatdırılıb.

ADAU-nun Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, professor Nizami Seyidəliyev, məsul katib Telman Musayev isə təhsil müəssisəsinin mövcud uğurlarından, maddi texniki bazanın gücündən danışıb və xüsusi vurğulayıblar ki, universitet tələbələri yüksək təhsillə yanaşı, müasir standartlara cavab verən yataqxana ilə də təmin edir. Həmçinin Telman Musayev abituriyentlərə ixtisaslar və qəbul qaydaları haqqında ətraflı məlumat verib.

Sonda hər iki rayonun məktəblilərinin sualları cavablandırılıb.

Photogallery

60862561 2312158585543750 1187653968826728448 N 61398582 2312158405543768 1509184244331577344 N

Ən çox oxunan

Hadisə