Çərşənbə günü 18 Sentyabr 2019

Elm

Gəncədə Həmid Araslının 110 illik yubileyinə həsr edilən respublika elmi-praktik konfransı keçirilib

Sənubər Qocayeva - 24/05/2019

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsində görkəmli ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi Həmid Araslının 110 illik yubileyinə həsr edilən respublika elmi-praktik konfransı keçirilib.

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin Həmid Araslının 110  illiyinin qeyd edilməsi haqqında  Sərəncamına  uyğun olaraq  keçirilən  elmi-praktik konfransda  Gəncə Şəhər  İcra Hakimiyyəti başçısının müavini  Vəfa  Abbasova, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, professorlar  Xəlil Yusifli, Həsənbala  Sadıqov həmçinin, akademik Həmid Araslının yaradıcılığını  tədqiq edən  görkəmli ədəbiyyatşünas alimlər, tədqiqatçılar,  elmi içtimaiyyətin  nümayəndələri  və  böyük elm xadimini  tanıyanlar  iştirak ediblər.

Elmi-praktik konfransı AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq   qədim və orta əsrlər  Azərbaycan ədə­biy­­­ya­tı­nın tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığı və orta əsrlər ədəbi əla­qə­lə­ri­nin öyrənilməsi sa­hə­sin­də  bö­yük xidmətlər  göstərmiş  Həmid Araslının  çoxşaxəli  yaradıcılığı haqqında  məlumat  verib.

Gəncə şəhər İcra  Hakimiyyəti  başçısının müavini  Vəfa  Abbasova  ölkə  başçısının ədəbiyyat və mədəniyyətə göstərdiyi daimi diqqət və qayğıdan danışmış,  görkəmli ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadfimi Həmid Araslının 110  illiyinin qeyd  edilməsi haqqında  Sərəncamı bu qayğının təzahürü kimi dəyərləndirib.

Çıxışlarda  Həmid Araslının elmi irsi,  yaradıcılığında  tarix və tarixilik,  Azərbaycan ədəbiyyatının tədrisindəki rolu və Nizami Gəncəviyə həsr etdiyi “Şairin həyatı”  kitabı haqqında məruzələr  dinlənmiş,  Azərbaycan folklorşünaslığına  verdiyi  töhfələr, xüsusilə aşıq  yaradıcılığının tədqiqi  ilə bağlı xidmətləri qeyd edilib,  xatirələr   söylənib. H. Araslının   ilk dəfə olaraq “Kitabi Dədə Qorqud”  dastanın tədqiqi və nəşri,  Azərbaycan Folklorşünaslığının  araşdırılmasında  rolu,  Füzulinin yaradıcılığının tədqiqatçısı və Nəsimi  irsinin  ilk  araşdırmaçısı kimi  xidmətlərindən söhbət açılıb. 

Nizami Gəncəvi  adına  Ədəbiyyat  Muzeyinin yaradılmasının  da onun adı ilə bağlı  olduğu  xüsusi vurğulanıb.  Görkəmli alimin   Şərq xalqlarının ədəbi irsinə göstərdiyi maraq,  Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiqi ilə  bağlı  məsələlər də diqqət  mərkəzində olub.

Qeyd  edilib ki, Həmid  Araslı  təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik etmiş, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmişdir. Görkəmli  alim Türkiyə və  bir sıra  Şərq  ölkələrinin  ən   mötəbər akademiyalarının fəxri üzvü  seçilib.                                                                                                    

Konfrans   zalının foyesində  Həmid Araslının həyat və yaradıcılığına  həsr olunan sənədli film  nümayiş etdirilib.     

Photogallery

60830344 628331857681561 4586113765967134720 N 60630985 2441326296089074 1679565803122327552 N 61080057 284304032322385 1696642996818149376 N 61420199 323535748342852 5214353986861137920 N 61077036 857093431325664 1053171529107374080 N DSC 1345 61168532 616193448857224 1510160808225538048 N

Hadisə

Cəmiyyət