Çərşənbə axşamı 17 Sentyabr 2019

Təhsil

İbrahim Cəfərov Polşanın Təbiət Elmləri Universitetində səfərdədir

Sənubər Göyüşqızı - 23/05/2019

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Polşanın Varşava Təbiət Elmləri Universiteti ilə əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələr çərçivəsində hər iki ali təhsil müəssisəsi arasında müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qeyd olunan universitetdə səfəri çərçivəsində mövcud olan əlaqələrin daha da genişləndirilməsi, birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunaraq ilkin razılıq əldə edilib. 

Səfər müddətində universitetin maddi-texniki bazası, tədris və elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanışlıq olub.

Photogallery

60786127 2310359122390363 1715157466959839232 N 61178929 2310359135723695 5562668305489068032 N 60806195 2310358975723711 2259617298409062400 N 60745835 2310358989057043 3031215891191693312 N

Hadisə