Bazar ertəsi 24 İyun 2019

Cəmiyyət

“İmamzadə” ziyarətgahında iftar süfrəsi açılıb

Sənubər Qocayeva - 23/05/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkyənin Gəncədəki Baş Konsulluğu, TİKA Bakı Proqram Kordinatorluğu və Türkiyənin Bakıdadkı Səfriliyi Din Xidmətləri Müşavirliyinin birgə təşkilatçılığı ilə Gəncədə şəhid və aztəminatlı ailələr üçün iftar süfrəsi açılıb. Gəncə “İmamzadə” Dini Memarlıq Abidə Kompleksində açılan süfrədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, şəhər ziyalıları, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İftar süfrəsi başında müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib. Günün duası ilə möminlər öz oruclarını açıblar.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək möminləri Ramazan ayı münasibətilə təbrik edib. O qeyd edib ki, 11 ayın sultanı hesab edilən – Ramazan dostluq, qardaşlıq, həmrəylik ayıdır. Niyazi Bayramov bildirib ki, Azərbaycanda bu gün birlik və sabitlik hökm sürür. Ölkə ərazisində olan dini məbədlərin təmir və bərpasına, islami və milli-mənəvi dəyərlərin qorunmasına diqqət çəkən şəhər rəhbəri Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Şəhər rəhbəri iftar süfrəsi başına toplananlara can sağlığı və bol ruzi-bərəkət arzulayıb.

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk tədbir iştirakçılarını salamlayaraq Ramazan ayının yüksək humanizm ideyalarını özündə ehtiva etməsindən söz açıb. O, qedy edib ki, Ramazan - İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilir.  Bu aydan imkansız və kimsəzilərə yardım göstərmək, dayaq olmaq, bayram sevincini birgə yaşamaq vacib əməllərdəndir.  

Türkiyənin Bakıdadkı Səfriliyi Din Xidmətləri Müşaviri Kamil Günəş öz çıxışında Türkiyə-Azərbaycan dostluğundan söz açıb, iki ölkəni ulu öndər Heydər Əliyevin də dediyi kimi, “bir millət iki dövlət adlandırıb”. Dünya müsəlmanlarını bilriyə və həmrəyliyə çağıran Kamil Günəş, qonaqları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov çıxışında bildirib ki, müqəddəs Ramazan ayı insanın əxlaqi davranışını tənzimləyir, qeybətdən, yalandan çəkindirir. Bu cür tərbiyəvi məziyyətlərinə görə də Ramazan ayına 11 ayın sultanı deyirlər. “Bəşəriyyəti birliyə, eyni masa ətrafında səmimiyyətə səsləyən Ramazan ayı dininə və mənəviyyatına əsrlər boyu sədaqətli olan gəncəlilərin uzun illər əməllərində yaşayacaq, islami dəyərlərin böyüklüyünün və qudrətinin təbliği və təsdiqi ən vacib əməl kimi onların əsas qayəsi olacaq”, - deyə Hacı Tahir Abbasov qeyd edib. Çıxışının sonunda o, hər iki dövlətin başçılarına dualar edib, Azərbaycan və Türkiyə dostluğunun daim olmasını arzulayıb.

Süfrə ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.

 

Photogallery

+DSC 0187 +DSC 0205 +DSC 0213 +DSC 0203 +DSC 0219 +DSC 0189 +DSC 0193 +DSC 0196

Hadisə