Bazar ertəsi 24 İyun 2019

Siyasət

Naqif Həmzəyev: 'AXCP sədrinin son ümidi də puça çıxır'

Sənubər Göyüşqızı - 21/05/2019

Dürüstlükdən, ləyaqətdən, Vətəni sevməkdən danışan AXCP sədrinin xəyanətkar fəaliyyəti tam əksini söyləyir.

AXCP sədri daim Azərbaycan dövlətinin və xalqının maraqlarını, atributlarını aşağılayan istənilən adamları dəstəkləyib, onları az qala “mübariz”, “siyasi məhbus” elan edib”.

Bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib:

“Əli Kərimlini özünü siyasətçi, lider kimi tanıtmağa çalışsa da Azərbaycan cəmiyyəti onu qorxaq, satqın, xəyanətkar, fitnə-fəsad törətməklə məşğul olan bir insan kimi tanıyır. Günah da özündədir. Azərbaycanda sosial safədə aparılan islahatlar, xüsusi ilə ölkə Prezidenti İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı əfv sərəncamı, hökumətin siyasi düşüncəsindən asılı olmayaraq, bütün qüvvələrlə dialoqa hazır olması, ölkədən çıxışına qadağa qoyulmuş şəxslərin üzərindən bu qadağanın götürülməsi Əli Kərimlinin planlarını alt-üst edib”.

“Son günlərdən xarici ölkələrdə mühacir kimi yaşayan soydaşlarımızın Vətənə qayıdış prosesi, onların dövlətimizlə əməkdaşlıq etmək istəyi, etirafları yenidən AXCP sədrinin onsuz da narahat olan yuxusunu ərzə çəkib” deyən deputat əlavə edib:

“Doğulub boya-başa çatdıqları ölkəyə qarşı çox radikal mövqeyi ilə tanınan və xaricdə mühacir kimi yaşayan şəxslər isə artıq daxildə könül bulandıran, Qərbdə isə mənfi fikir formalaşdırmaq istəyən qüvvələrin məqsədli oyunlarından xəbərdar olublar.

“Onların dediklərinin əksinə Azərbaycan davamlı inkişaf yolu ilə irəlilədiyinin, həyat səviyyəsinə, keçdiyi inkişaf yoluna görə dünyanın qabaqcıl dövlətinə çevrildiyini müşahidə edirlər. Aydın məsələdir ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın iradəsinə uyğun apardığı müstəqil siyasətin, siyasi iradəsi nəticəsində mümkün olub.

Xaricdə yaşayan radikalların mövqeyindəki dönüş, hətta nicatı öz dövlətlərində axtarmağa başlamaları Əli Kərimlini narahat etməyə bilməz. Siyasi meydanda tək qalmaqdan qorxan Əli Kərimli qeyri-adekvat davranmağa və bəyanatlar verməyə başlayıb. Əli Kərimlinin Facebook səhifəsində yazdığı “Rejim yalnız “islah olunmuş” mühacirləri Azərbaycanda görmək istəyir” sözləri də meydanda tək qalmağından qorxan “AXCP sədrinin son ümidinin də puça çıxmasına işarədir”.

Hadisə