Çərşənbə axşamı 17 Sentyabr 2019

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrı Ukraynada Beynəlxalq Teatr Festivalında

Sənubər Qocayeva - 21/05/2019

Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi 17-25 may 2019-cu il tarixlərində Ukraynanın Xerson şəhərində keçirilən “XXI Melpomena Tavrii” Beynəlxalq Teatr Festivalında iştirak edir. Nümayəndə heyyətinə teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov rəhbərlik edir.

Yaradıcı kollektiv teatrın baş rejissoru, prezident mükafatçısı İradə Gözəlovanın quruluşunda Gürcü dramaturqu olan Nodar Dumbadzenin “Hellodos” pyesi ilə iştirak edir. Bu barədə Gəncə Dövlət Dram Teatrının ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Burcəliyev məlumat verib. Onun sözlərinə görə, qeyd edilən bu festivalda Ukraynanın Xerson şəhərində fəaliyyət göstərən Azərbaycan Diasporasının sədri Əli Kərimov və Ukraynada yaşayan həmvətənlilərimiz də iştirak edərək tamaşaya baxıblar. Tamaşa sinxron tərcümə ilə nümayiş olunaraq Ukrayna teatrsevərləri tərəfindən alqışlarla qarşılanıb.

Anar Burcəliyev bildirib ki, yaradıcı kollektiv 23 may 2019-cu il tarixində Ukraynanın Kamenskoe şəhərində “Klassiklər bu gün” adlı Beynəlxalq Teatr Festivalında da eyni adlı tamaşa ilə iştirak edəcəkdir. Tamaşada əsas rolları xalq artistləri Pərvanə Qurbanova, Alim Məmmədov, əməkdar artist Sevda Orucova, gənc aktyorlar Murad Meyfəliyev, Ruslan Hüseynov və Məhəmməd Cəfərov ifa edirlər.

 Festivalın bağlanış mərhələsi 25 may 2019-cu il tarixində baş tutacaq. 

Photogallery

60565502 455018621913714 6271779290233176064 N 61155826 721492741587278 4368535567474884608 N 60473914 1189194044594869 6655845663957319680 N 60648351 2372222236329132 8398468888429330432 N

Hadisə