Çərşənbə axşamı 17 Sentyabr 2019

Təhsil

Gəncə gəncləri 'Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə' konfransında

Surxay Məmmədzadə - 20/05/2019

Konfransa ADA Universitetində gerçəkləşib

Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri,Odlar Yurdu Gənclər İctimai Birliyinin könüllüləri Nicat Məmmədov və Qamət Əliyev  Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ADA Universitetində keçirilən "Gənclər Təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri Naminə" konfransında iştirak edib. 

Konfransda Azərbaycan Respublikasının Baş Nazirinin müavini,Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri professor Əli Əhmədov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev,Milli Məclisin Deputatı Naqif Həmzəyev və digər dövlət rəsmiləri iştirak edib.

Layihə, BMT tərəfindən elan olunan 17 Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) əsas tutaraq, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilib.

Konfransın məqsədi gənclər təşkilatlarının nümayəndələrinin Dayanıqlı İnkişaf Məqsədləri haqqında bilik və bacarıqlarının artırılması, gənclər təşkilatlarının gələcək fəaliyyətinin planlanmasında DİM-lərin təbliğ edilməsi, həyata keçirilmiş sorğu nəticələrinin Dayanıqlı İnkişaf Gündəliyi ilə işləyən dövlət qurumları, şirkətlər, BMT agentlikləri və gənclər təşkilatları nümayəndələri qarşısında təqdimatı və gələcək fəaliyyətlərdə keçirilmiş sorğu nəticələrinə əsaslanan layihələrin icra edilməsi ilə gənclərimizin dayanıqlı inkişafına töfhə vermək və onlara dəstək olmaqdır.

Layihənin tərəfdaşları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, ADA Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTi), BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyidir (UNDP Azerbaijan).

Qeyd edək ki, regiondan gələn iştirakçıların yaşayış, qidalanma və nəqliyyat xərcləri təşkilatçı tərəfindən təmin edilib.

Photogallery

60409858 2254450224773352 1646332308258553856 N 60674160 2254450254773349 3625911068884205568 N

Hadisə