Bazar günü 16 İyun 2019

Səhiyyə

Niyazi Bayramov Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında olub

Sənubər Qocayeva - 17/05/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında olub. Şəhər rəhbəri xəstəxanada quraşdırılan müasir avadanlıq və cihazlara baxış keçirib. O, burada müalicə alan xəstələrə baş çəkib, onlarla səmimi söhbət edib.

Xəstəxana ilə tanışlıqdan sonra Niyazi Bayramov tibb müəssisəinin işçiləri ilə görüş keçirib. Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyəsi günü-gündən inkişaf edir. Ölkədə olan tibb müəssisələri təmir edilir, ən son texnoloji avadanlıqlarla təchiz olunurlar. Abbas Səhhət adına  1 nömrəli şəhər xəstəxanası da buna barz nümunədir. O, bildirib ki, yaradılan bu şərait Gəncə ilə yanaşı ətraf bölgələrdə yaşayan əhalinin sağlamlığının qorunmasına da xidmət edir. Görüşdə tibb personalının təklif və müraciətləri dinlənilib. Səmimi söhbət şəraitində keşən görüşdə tibb işçiləri  yaradılan şəraitə görə, ölkə Prezidentinə, həmçinin şəhər rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Məlumat üçün qeyd edək ki, Abbas Səhhət adına 1 nömrəli  şəhər xəstəxanasında cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri–zöhrəvi şöbələri fəailiyyət göstərir.  Həmçinin, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Bundan başqa xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nəaliyyətləri olan digər avadanlıq və cihazlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Photogallery

+XB  0034 +XB  0040 +XB  0011 +XB  9991 +XB  0093 +XB  0103

Hadisə

Cəmiyyət