Bazar ertəsi 15 İyul 2019

Cəmiyyət

Şəhər rəhbəri vətəndaşın problemi ilə yerində tanış olub

Gülnar Fazilqızı - 17/05/2019

Vətəndaş qəbulunda iştirak edərək öz şikayətini dilə gətirən sakinin səsləndirdiyi problemlə şəhər rəhbəri elə yerində tanış olub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakini Rəxşəndə Verdiyevanın müraciəti əsasında Məhsəti Qəsəbəsinə gedib.

Rəxşəndə Verdiyeva bir neçə gün əvvəl Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən qəbulda iştirak edərək, Məhsəti Qəsəbəsi, 8-ci küçədə su-kanalizasiya xəttinin olmamasından şikayətlənmişdi. Niyazi Bayramov Kəpəz Rayon İcra Hakimiyyətinin, Memarlıq və Tikinti, habelə Şəhər Təsərrüfatı şöbələrinin rəhbər şəxslərilə birlikdə əraziyə  baxış keçirib. Burada sakinlərlə söhbət edən Niyazi Bayramov, bir neçə vətəndaşın evinə də baş çəkib. Buradakı vəziyyətlə yaxından tanış olan, məsələ ilə bağlı aidiyyatı şəxslərlə elə yerində müzakirə aparan şəhər rəhbəri, movcud problemin qısa zamanda aradan qaldırılması üçün tapşırıqlar verib.

Photogallery

+XB  1923 +XB  1990 +XB  1939 +XB  1927 +XB  1942

Ən çox oxunan

Hadisə