Bazar ertəsi 27 May 2019

Mədəniyyət

“İMAGİNE Avro”: “Brazilidade” qrupu Gəncədə konsert verib

Gülnar Fazilqızı - 14/05/2019

“İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində “Brazilidade” qrupu Gəncə tamaşaçıları qarşısında konsert proqramı ilə çıxış edib.

F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində baş tutan konsert zamanı qrup üzvləri tamaşaçılara musiqi dolu xoş anlar yaşadıblar.

Azərbaycanda yaranan “Brazilidade” qrupunun təsisçisi Klaudio Frankodur. Braziliyanın San Paulo şəhərindən olan Klaudio Franko Azərbaycana magist təhsili almaq üçün gəlib və burada gənc istedadları bir araya toplayaraq, musiqi qrupu yaradıb. Qrup Braziliyyanın bossa nova musiqi üslübünda mahnılar ifa edir. Bu üslub özündə müxtəlif yerli ritmlərlə kul-cazın özünəməxsus qarışığını ehtiva edir. Qrupun solisti DH kimi tanınan Diana Hacıyevadır.

Photogallery

XB  1142 XB  1154

Hadisə

Cəmiyyət