Çərşənbə günü 18 Sentyabr 2019

Mədəniyyət

Xalq artisti Pərvanə Qurbanova Prezident mükafatına layiq görülüb

Sənubər Qocayeva - 11/05/2019

Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.Sərəncama əsasən illərdir Gəncə Dövlət Dram Teatrının səhnəsində fəaliyyət göstərən xalq artisti Pərvanə Qurbanova növbəti dəfə Prezident mükafatına layiq görülüb.

Qeyd edək ki, Pərvanə Qurbanova Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisasıdır. O, 2 aprel 1965-ci ildə anadan olub. 1981-ci ildə Gəncə Dövlət Dram teatrında fəaliyyətə başlayıb. Bu illər ərzində bir çox tamaşalarda rol alan xalq artisti milli kino sahəsində də xidmətləri az olmayıb. Bunlardan "Xocalı faciəsi" haqqında çəkilən "Haray" filmində baş rolda, E. Əfəndiyevin "Sarı gəlin" filmində əsas rollardan birinə, "Pərvanələrin rəqsi" serialında Yaqut xanım roluna çəkilib. 

Teatr xadimləri ittifaqının üzvüdür, “Qızıl Dərviş” mükafatı laureatı, Azərbaycan Respublikasının xalq artistidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə6 may2016-cı ildə1 may 2017-ci ildə9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb.

Kollektivimiz adından Pərvanə xanım Qurbanovanı təbrik edir, yaradıcılığında uğurlar diləyirik.

Hadisə

Cəmiyyət