Bazar ertəsi 27 May 2019

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Prezident mükafatına layiq görülüb

Sənubər Göyüşqızı - 11/05/2019

Prezident İlham Əliyev bir sıra incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova Prezident Mükafatına layiq görülüb.

İradə Gözəlova 1982-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu ixtisasını bitirib. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa işləyib. Azərbaycan Dövlət “YUĞ” Teatrında rejissor işləyib. Moskva şəhərində A.P. Çexov adına Moskva Bədai Teatrının maqistraturasını bitirib. Hazırda Gəncə Dövlət Dram teatrina baş rejissorudur. Gəncə Dövlət Dram Teatrında quruluş verdiyi tamaşalar bir sıra festivallarda qalib olub. 

2017-ci il 10 martda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə[3] Prezident Mükafatına layiq görülüb.

Təbrik edirik!

Hadisə

Cəmiyyət