Bazar ertəsi 26 Avqust 2019

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Novruz Cəfərov mükafatlandırılıb

Sənubər Qocayeva - 11/05/2019

Azərbaycan Respublikasının əməkdar artisti Novruz Cəfərov Prezident mükafatına layiq görülüb.

Bu barədə Prezident İlham Əliyevin incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncamda qeyd olunub.

Novruz Cəfərov 13 mart 1953-çü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olub. Azərbaycan Dİ institutunun “dram-kino aktyor”- u fakültəsinə daxil olan Novruz Cəfərov M.Məmmədov, F.Sultanov, Ə.Quliyev və xalq artisti aktyor H.Salayev kimi korifey ustadlardan dərs alıb. İnstitutu bitirdidən sonra 21 il müddətində Şəki Dövlət Dram teatrında çalışıb. 1997-ci ildən aktyor kimi Gəncə Dövlət Dram teatrında fəaliyyət göstərir. Teatrlarda işlədiyi bu 40 ildə 150- dən çox tamaşada irili-xırdalı, müxtəlif səpgili, komik, dramatik və faciəvi janrlarda rollar oynayıb. Quruluşcu rejissor kimidə bir çox tamaşa hazırlamış və dramaturq kimi bir çox komediyaların müəllifidir. Hazırda Ağdam Dövlət Dram Teatrında baş rejissor vəzifəsi ilə yanaşı Gəncə Dövlət Dram teatrında da öz fəaliyyətini davam etdirir. 

9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb.

Ganjanews.az saytının kollektivi adından sənətkara uğurlar arzulayır və can sağlığı diləyirik!

Ən çox oxunan

Cəmiyyət