Çərşənbə günü 18 Sentyabr 2019

Siyasət

Pərvin Kərimzadə: 'Heydər Əliyev adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırıb'

Gülnar Fazilqızı - 10/05/2019

Deputat Pərvin Kərimzadə: “Ulu öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır”

“Azərbaycan xalqı xoşbəxt xalqlardandır. Tanrı bizə tarixin ən çətin və keşməkeşli dövrlərində dərin zəkası və uzaqgörənliyi ilə milli dövlətçiliyi, azərbaycançılıq ideyalarını hər şeydən üstün tutan, bütün mənalı həyatını canından artıq sevdiyi doğma xalqına həsr edən dahi şəxsiyyət- Heydər Əliyevi bəxş edib”.

Bu barədə Milli Məclisin deputatı Pərvin Kərimzadə açıqlamasında bildirib. O qeyd edib ki, ulu öndər Azərbaycanın taleyində günəş kimi parlayıb, ümumbəşəri xüsusiyyətləri özündə cəmləşdirərək milli lider, qüdrətli dövlət xadimi, xilaskar kimi bu gün mövcud olan müstəqil Azərbaycan dövlətinin təməlini, bünövrəsini qoyub.

Millət vəkili deyib ki, dahi şəxsiyyət mərdliyi, cəsarəti ilə ölkəmizi bütün təhlükələrdən qoruyub, dövlət, xalq qarşısında duran vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb: “Tanrının xalqımıza bəxş etdiyi bu böyük insanın ömrünün hər anı, hər dəqiqəsi Vətənə, millətə sədaqətlə xidmətin əsl təntənəsi oldu. Onun dünyaya gəlişi təkcə Əliyevlər ailəsinin sevinc gətirmişdirsə, zehni, ağlı, səmərəli fəaliyyəti Azərbaycan xalqının kəşməkəşli yoluna parlaq mayak nur saçmışdı. Ulu öndər dünyaya gəlişi ilə Tanrının Ona verdiyi xilaskarlıq missiyasını ləyaqətlə, şərəflə, böyük qətiyyətlə yerinə yetirdi, xalqın sabaha inamını bərpa etdi, milləti öz taleyüklü problemlərinin həlli yönündə fədakarlığa ruhlandırdı. Heydər Əliyev Azərbaycan dövlətinin haqq səsini bütün dünyaya çatdırdı, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi, adını qızıl hərflərlə bəşəriyyət tarixinə yazdırdı. Məhz Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, milli-mənəvi yüksəliş, azərbaycançılıq ideyalarının bərqərar olması, gələcək inkişaf üçün güclü və möhkəm əsasların yaradılması Ulu öndərin zəngin təcrübəyə, parlaq zəkaya, ali liderlik qabiliyyətinə, yüksək siyasi idarəçiliyə əsaslanan siyasətin həyata keçirilməsi nəticəsində mümkün oldu. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsinə çevrildi”.Millət vəkili bildirib ki, ulu öndər xalqa xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirib: “Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu öndərin adı ilə bağlı olmasın. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır. Milli liderlik və siyasi liderlik keyfiyyətləri dünya tarixində bir dövlət xadimində birləşməsi nadir hallarda rast gəlinir. Məhz bu iki keyfiyyəti özündə cəmləşdirən şəxslər xalqın ümumilli liderinə çevrilir. Heydər Əliyev Azərbaycan xalqının həm siyasi lideri oldu, həm də milli lideri. Zaman-zaman yeniləşən nəsillər ümummilli liderin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar”.

 

 

Hadisə

Cəmiyyət