Bazar ertəsi 27 May 2019

Təhsil

ADAU-nun tələbə evində Şuşanın işğalı günü yad edilib

Sənubər Göyüşqızı - 09/05/2019

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür. ADAU-nun 2 nömrəli tələbə evində keçirilən tədbir şəhidlərin ruhuna hörmət olaraq 1 dəqiqəlik sükutla başlayıb.

Tərbiyə işləri üzrə prorektor Aidə Qasımıva deyib ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb.
Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.

Sonra tələbələr Şuşa nisgilini yaşadan sənədli filmə baxıblar.

Photogallery

59771175 2285748358184773 1604251820715147264 N 59904412 2285748921518050 1957280789368406016 N 59792639 2285748134851462 2985256897856143360 N

Hadisə

Cəmiyyət