Bazar ertəsi 27 May 2019

Mədəniyyət

Vladiqafqazdakı Murtuza Muxtarov məscidində açılış olub

Gülnar Fazilqızı - 07/05/2019

Müqəddəs Ramazan ayının başladığı ərəfədə, mayın 4 də Şimali Osetiya Alaniya Respublikasının paytaxtı Vladiqafqazdakı Murtuza Muxtarov məscidi üzərində informasiya lövhəsinin açılış mərasimi keçirilib.

Müqəddəs Ramazan ayının başladığı ərəfədə, mayın 4 də Şimali Osetiya Alaniya Respublikasının paytaxtı Vladiqafqazdakı Murtuza Muxtarov məscidi üzərində informasiya lövhəsinin açılış mərasimi keçirilib. 

Tədbirdə Rusiyanın Moskva, Vladiqafqaz, Pyatiqorsk, Maqas şəhərlərindəki Azərbaycan icmalarından, Azərbaycan Respublikası diaspor və xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət Komitəsindən nümayəndələr iştirak edib. 

İnformasiya lövhəsinin üzərində “Muxtarov məsçidi 1908 ci ildə Azərbaycandan olan xeyriyyəçi Murtuza Muxtarov tərəfindən inşa edilib” cümləsi əks edilib. Bu layihə Şimali Osetiya Azərbaycanlıları Konqresi tərəfindən irəli sürülüb. 

Açılış mərasimində Şimali Osetiya Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov,  Azərbaycan Respublikası diaspor və xaricdə yaşayan azərbaycanlılarla iş üzrə dövlət komitəsinin departament müdirı Ruslan Quliyev, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru, tibb elmləri doktoru Fazil Qurbanov, Rusiya Xalqlar Dostluğu Universitetinin müəllimi, filologiya elmləri namizədi Anar Həsənov çıxış ediblər.

Şahin Məmmədov Muxtarov məsçidində hazırda aparılan bərpa işlərində Azərbaycan Respublkasının prezidenti İlham Əliyevin yardımından danışıb. 

O eyni zamanda Qafqaz Şeyxülislamı Hacı Allahşükür Paşazadənin də məsçiddə gedən bərpa işlərini nəzarətdə saxladığını və onun yardımını vurğulayıb. Muxtarov məsçidinə Osetin Azərbaycan münasibətləri prizmasından dəyərləndirən  professor Fazil Qurbanov,  tarixi abidənin iki xalqın dostluğunda müsbət təsirini qeyd edib. 

O Murtuza Muxtarov məsçidinin Osetin və Azərbaycan xalqlarının dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi adlandırıb. 

Diasporla və xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev Şimali Osetiya Azərbaycanlıları Konqressinin təşəbbüsünu tarixi hadisə adlandırmaqla təşkilatın fəaliyyətini təmsil etdiyi qurumun yüksək qiymətləndirdiyini deyib. 

Bu məsçidin Rusiya ərazisində analoqu olmadığını deyən jurnalist Anar Həsənov, tədbir iştirakçılarına məsçidi inşa etdirən Murtuza Muxtarov şəxsiyyəti haqda maraqli məlumatları diqqətə çatdırıb. 

Onunla eyni kənddən olduğunu söyləyən natiq, bu məsçidin regionda yeganə bənzərinin Bakının Əmircan kəndində olduğunu və onun da Murtuza Muxtarov tərəfindən inşa edildiyini bildirib.

Photogallery

EP6A9630 XB9447 XB9518 EP6A9624

Hadisə

Cəmiyyət