Cümə günü 18 Oktyabr 2019

İqtisadiyyat

Bakı-Gəncə sürət qatarından 30 min sərnişin istifadə edib

Sənubər Göyüşqızı - 04/05/2019

Dəmiryol sistemində son dövrlərdə əldə olunmuş mühüm inkişaf göstəricilərindən biri də ötən ilin dekabr ayının sonlarından Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının işə düşməsidir. Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib.

O, qeyd edib ki, sərnişinlərin arzu və təklifləri nəzərə alınaraq hər gün hərəkətdə olan qatar standart, biznes və birinci klass yerli vaqonlardan ibarətdir:

“Qatarın tərkibindəki dörd vaqonda 363 yer var ki, onlardan 293-ü standart, 61-i biznes və 9-u isə birinci klass təsnifatındadır. Qatar bu günədək 30000 nəfərdən çox sərnişin daşıyıb. Orta hesabla bir reysə (gediş-gəliş) daşınan sərnişinlərin sayı 400-500 nəfəri təşkil edir”.

Hadisə