Bazar ertəsi 27 May 2019

Sosial

Gəncə “Yaşıl şəhər”ə çevriləcək

Gülnar Fazilqızı - 01/05/2019

Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri Gəncədə olublar. Onlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə qonaqlara Gəncə, onun tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verilib. Söhbət zamanı Avropa Yenidənqurma və İnkişaf Bankının həyata keçirdiyi “Yaşıl şəhər” layihəsi ətrafında müzakirələr aparılıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı ofisinin rəhbəri İvana Duarte bildirib ki, təmsil etdiyi qurum Avropanın 20-dən çox şəhəri ilə qeyd olunan layihə çərçivəsində əməkdaşlıq edir. Səfərlərinin məqsədi  Gəncəni də bu şəhərlərin sırasına daxil etməkdir. “Yaşıl şəhər” layihəsindən söz açan İvana Duarte qeyd edib ki, əsas hədəf şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaqdır. “Proqram çərçivəsində biz şəhər üçün xüsusi əhəmiyyət daşıyan bir neçə sahədə əməkdaşlıq etməyi düşünürük. Bura ictimai nəqliyyatın yenilənməsi, məişət tullantılarının utulizasiyası, gecə işıqlandırılması sisteminin yenilənməsi,  suyunun keyfiyyətinin yaxşılaşdırılması və digərləri daxildir. Bütün bu işlər əvvəlcədən hazırlanacaq olan hərəkət planına uyğun şəkildə həyata keçiriləcək”, - deyəİvana Duarte bildirib.

Potensial əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə Niyazi Bayramov qeyd edib ki, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən bir sıra addımlar atılır. Hazırda şəhərə Belarusiya istehsalı olan “Elektrobus”ların gətirilməsi istiqamətində danışıqlar aparılır. O həmçinin bildirib ki, Gəncənin gecə işıqlandırılması sistemi yenidən qurulur və burada da 40 faizədək qənaəti təmin edən yeni ləmpələrdən istifadə edilir. Niyazi Bayramov “Yaşıl şəhər”in olduqca faydalı layihə olduğunu hesab etdiyini bildirib və bu sahədə əməkdaşlığın mümkün olacağını dilə gətirib.

 

Photogallery

+EP6A8879 +EP6A8889

Hadisə

Cəmiyyət