Bazar ertəsi 22 İyul 2019

İdman

YAP Gəncə şəhər təşkilatı Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmat turniri keçirib

Surxay Məmmədzadə - 30/04/2019

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı hər il ənənəvi olaraq ulu öndər Heydər Əliyevin doğum günü münasibəti ilə silsilə tədbirlər həyata keçirir. Ümummilli liderin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş şahmat turniri 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbində baş tutub.

Gəncə şəhər ali və orta ixtisas təhsil müəssisələrinin həvəskar şahmatçılarının qatıldığı turnir ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Azərbaycanın Dövlət himni səsləndirilib.

YAP Gəncə şəhər təşkilatı Aparatının rəhbəri Tural Verdiyev çıxış edərək, müstəqil və əbədiyaşar dövlət quran dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb. Aparat rəhbəri ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibətin kökündən dəyişdiyini, idman və bədən tərbiyəsinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini diqqətə çatdırıb. Tural Verdiyev eyni zamanda, Azərbaycanın şahmat ənənələrini, ölkəmizin bu idman növündə əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

Ölkəmizin bu gün tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşadığını bildirən YAP Gəncə şəhər təşkilatının İdelogiya şöbəsinin müdiri Hüseyn Budaqov qeyd edib ki, ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli idman strategiyası bu gün onun layiqli varisi – Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Sonra Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Gəncə Musiqi Kolleci, Gəncə Dövlət Regional Kolleci və Gəncə Tibb Kolleci tələbələrinin iştirak etdiyi şahmat turnirinə start verilib. Hər birində 6 nəfər olmaqla 6 komanda qalib adı uğrunda mübarizə aparıb.

Yubiley turnirinə məktəbin məşqçi-müəllimi Elçin Axundov hakimlik edib.

Final mərhələsində yüksək nəticələrə nail olan Azərbaycan Dövlət Aqrar Universitetinin komandası I yerə, Gəncə Dövlət Universitetinin komandası isə II yerə sahib olub.

Photogallery

57166056 431743630945449 2387675639579672576 N 57387418 318724065459169 5381251992167383040 N 58695668 2165256616855087 2842946742800875520 N 58460967 446001139295358 2545800877831094272 N 59490170 356179251692350 7778368807382286336 N 58461920 1094745117388951 4482195069440360448 N

Hadisə