Çərşənbə axşamı 22 Oktyabr 2019

Siyasət

Belçika parlamenti “erməni soyqırımı”nı rədd edib

Gülnar Fazilqızı - 26/04/2019

Belçika Federal Parlamenti Ruanda, Kamboca və keçmiş Yuqoslaviyada törədilmiş soyqırımıların təkzib edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul edib.

Belçikadakı erməni icmasının və onun təsiri altında olan parlamentarilərin güclü təzyiqlərinə baxmayaraq, qondarma “erməni soyqırımı”nın yeni qanunla əhatə olunmuş soyqırımıların siyahısına daxil edilməsi səyləri iflasa uğrayıb. Belə ki, fransızdilli DéFİ (Demokrat, Federalist və Müstəqillər) və cdH (Xristian-Demokrat Mərkəzi) partiyaları tərəfindən bu xüsusda təqdim olunmuş düzəliş təklifi aprelin 24-də – qondarma “erməni soyqırımı”nın ildönümü kimi qeyd olunan gündə Belçika Federal Parlamentinin Ədliyyə Komissiyasında aparılmış müzakirələr nəticəsində rədd edilib.

Məsələyə münasibət bildirən Belçikanın ədliyyə naziri Kun Qens ölkə qanunvericiliyini Avropa İttifaqı və Avropa Şurasının hüquqi təlimatlarına uyğunlaşdırmaq məqsədilə yeni qanun layihəsinə yalnız beynəlxalq yurisdiksiya çərçivəsində barəsində yekun qərar qəbul edilmiş soyqırımıların daxil edildiyini, “erməni soyqırımı” ilə bağlı isə belə bir qərarın olmadığını vurğulayıb.

Hadisə