Bazar günü 21 İyul 2019

Səhiyyə

Akademik Zərifə Əliyeva – müdriklik və kamillik zirvəsi

Gülnar Fazilqızı - 26/04/2019

Gəncədə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş elmi - praktik konfrans keçirilib Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə baş tutan konfransda tibb ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfransa Zərifə Xanım Əliyevanın həyat və fəaliyyətinə nəzər salınıb, onun Azərbaycanda oftalmologiya inkişafına verdiyi tövhələrdən danışılıb.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan danışıb. O bildirib ki, Zərifə xanımın  Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə özünə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlməklə yanaşı, nümunəvi bir həyat yolu keçib. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. 

Konfransda çıxış edən Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Nazim Əhmədov bildirib ki, görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparıb.

Tədbirdə o da vurğulanıb ki. Zərifə Əliyeva "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb.

Konfransda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan video çarx nümayiş olunub.

Photogallery

+EP6A2030 +EP6A2036 +EP6A2017 +EP6A2047 +EP6A2027

Hadisə

Cəmiyyət