Çərşənbə günü 18 Sentyabr 2019

İqtisadiyyat

Xanlar Fətiyev: ''Belarus markalı traktor istehsalı zavodunun açılması ölkə iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacaq'

Surxay Məmmədzadə - 26/04/2019

"Bu gün traktorların hissələri həm Belarusdan, həm də Gəncədən tədarük olunur".

“Dövlət başçısı cənab İlham Əliyevin Azərbaycan müəssisə və şirkətlərinə, iş adamlarına məhsulların ixrac edilməsi ilə bağlı verdiyi tövsiyələrə əsasən üçüncü ölkələrin bazarına çıxış məqsədilə Belarusun Minsk Traktor zavodu ilə Gəncə avtomobil zavodu istehsalat biriliyi arasında memarandum imzalanıb. Bu gün traktorların hissələri həm Belarusdan, həm də Gəncədən tədarük olunur. Türk sahibkarları isə traktorların yığılması ilə məşğul olacaq zavod açıblar. Gəncə avtomobil zavodu traktor istehsalı ilə uzun müddətdir məşğul olan bir müəssisə kimi yeni yaradılan Azərbaycan-Türkiyə istehsalat birliyinə öz təcrübəsi və yüksək ixtisaslı kadrları ilə köməklik göstərəcək. Bu müəssisənin ərsəyə gəlməsində bizim müəssisənin də dəstəyi olması məni çox sevindirir. Ümidvaram ki, bu Gəncə avtomobil zavodu İB-də fəaliyyətinin genişlənməsində yardımçı olacaq”. Bu fikirləri “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev söyləyib. Millət vəkilinin sözlərinə görə Azərbaycan həm qardaş Türkiyə, həm də ən etibarlı tərəfdaş dövlətlərdən biri olan Belarusla əməkdaşlıq əlaqələrini dərinləşdirərək üçtərəfli formatda yeni bir münasibət modeli ortaya çıxarıb ki, bu da özünü Azərbaycan-Türkiyə istehsalat birliyində (ATİB) göstərir.

“Azərbaycan - Türkiyə - Belarus birgə əməkdaşlığının nəticəsində inşa edilən “Belarus” markalı traktor istehsalı zavodu müştərək əməkdaşlığın bariz nümunəsidir. Birgə istehsal olaraq qurulan yeni zavodda iki traktor modelinin istehsalı nəzərdə tutulur. Bu müəssisəyə Gəncə avtomobil zavodu İB-nin də komplekləşdirici hissələr göndərəcəyini və əməkdışlıq edəcəyini nəzərə alsaq bu layihənin Azərbaycan iqtisadiyyatı üçün də çox əhəmiyyətli olacağı danılmazdır” deyə X. Fətiyev əlavə edib.  

Məlumat üçün bildirək ki, bu günlərdə Türkiyənin Kırıkkale bölgəsində Azərbaycan-Türkiyə İstehsalat Birliyi (ATÜB) tərəfindən idarə olunacaq  “Belarus” markalı traktor istehsalı zavodunun açılış mərasimi keçirilib. Tədbirdə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli, Türkiyə Böyük Millət Məclisinin üzvü Ramazan Can, Belarusun Baş nazirinin müavini İqor Lyaşenko, bu ölkənin sənaye naziri Pavel Utupin, sənaye nazirinin müavini Dmitriy Korçik, Belarusun Türkiyədəki səfiri Aleksandr Savinih, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov, Azərbaycan Respublikasının Ankaradakı səfiri Xəzər İbrahim, ATÜB-ün direktoru Murad İsmayılov, Gəncə şəhər Nizami rayon bələdiyyəsinin sədri Amin Əliyev iştirak ediblər.

Hadisə

Cəmiyyət