Təhsil
UTECA-nın tələbə və müəllimləri qanvermə aksiyasına qatılıblar
25/04/2019
-
Mərkəzi Qan Bankının Gəncə bölməsində aksiya iştirakçılarına bildirilib ki, 18-65 yaşlı, boyu 150 sm-dən, çəkisi isə 50 kq-dan az olmayan hər bir şəxs qan verə bilər.
Həkim hemotoloqlar Azərbaycan Texnologiya Universitetindən gələn donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürüblər. Mərkəzdə qan verənlər üçün desert masası təşkil edilib.
Aksiya hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatı üçün nəzərdə tutulub. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.