Cümə axşamı 19 Sentyabr 2019

Təhsil

GDU-da 'Sosial hüquqlarını bil!' mövzusunda seminar keçirilib

Gülnar Fazilqızı - 25/04/2019

“Hüquq və İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə (HİİB) Gəncə Dövlət Univeritetində “Müraciətlərin verilməsi və baxılması” qaydaları əsasında “Sosial hüquqlarını bil!” mövzusunda seminar keçirilib.

Seminarda universitetin professor-müəllim heyəti, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, sosial sahədə çalışan yerli dövlət qurumlarının təmsiçiləri və ictimai fəal şəxslər iştirak ediblər.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva tədbiri açaraq bildirib ki, sosial hüquqlar insanın ləyaqətli həyat şəraiti və sosial müdafiəsi ilə bağlı hüquqi təminatıdır. Dövlət insanlara ləyaqətli həyat şəraitini və işləmək imkanlarını təmin etməklə, həm də onlar əmək qabiliyyətini itirdikdə və digər sosial hadisə hallarında onların müdafiəsini təmin edir.

Tədbirdə “Hüquq və İnkişaf” İctimai Birliyinin təmsilçisi Asəf Əhmədov “Müraciət hüquqları”, “Müraciətlərin növləri və formaları” , “Müraciətlərin baxılması qaydaları”, “Məhkəməyə müraciət qaydası”, “Ərizə və şikayətlərin nümunələri” mövzuları ətrafında çıxışında məlumat verib.

Tədbirdə “Sosial hüquqlar nədir?”, “Tibbi-sosial yardım almaq hüququ”, “Əmək hüququ”, “Təhsil hüququ”, “Mənzil hüququ”, “Məcburi köçkünlərin və onlarla bərabər tutulan şəxslərin təminatı”, Sosial hüquqları necə müdafiə etməli?” mövzularında seminar iştirakçılarına geniş məlumat verilib.

Çıxışlardan sonra mövzu üzrə suallar cavablandırılıb və müzakirələr aparılıb.

Seminarda iştirakçılara bu layihə çərivəsində çap olunmuş bukletlər və broşurlar paylanıb.

Photogallery

DSC 1034 700x500 DSC 1050 700x500 DSC 1039 700x500 DSC 1054 700x500 DSC 1061 700x500 DSC 1041 700x500

Hadisə

Cəmiyyət