Cümə axşamı 19 Sentyabr 2019

Təhsil

ADAU ilə Atatürk universiteti arasında əlaqələr möhkəmlənir

Surxay Məmmədzadə - 25/04/2019

Türkiyə Cümhuriyyətinin Yüksək Öyrətim Komissiyası (YÖK) tərəfindən Mövlana beynəlxalq mübadilə proqramı çərçivəsində Ərzurum Atatürk Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında elm və tədris sahələrində, tələbə və müəllim mübadiləsində əlaqələr daha da möhkəmləndirilir.

Atatürk Universitetinin Əczaçılıq fakültəsinin Biyokimya anabilim dalının öğretim üyesi Prof. Dr. Yasin Bayır (layihə rəhbəri), Tibb fakültəsinin Farmakologiya anabilim dalının öğretim üyələri Prof.Dr.Abdulmecit Albayrak və Dos. Dr. Erol Akpınar (araşdırmaçılar) ilə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin Bağçılıq kafedrasının dosenti Dr. Abbas İsmayılov, Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin Əczaçılıq və baytarlıq-sanitariya ekspertizası kafedrasının assistenti, Dr. Küşver Məmmədova, baş müəllimi Nərmin Tağıyevanın birgə həyata keçirdikləri “Polygonum carneum ekstraktının sıçanlarda indometazin ilə induksiyalanan yara modelində qoruyucu təsirlərinin araşdırılması” (YÖK-2018-2019-95916564-724.01.03-E.4893,MEV-2018-207) layihənin icrası ilə əlaqədar 16-24 aprel 2019-cu il tarixlərində hər iki fakultənin kafedralarında olmaqla professor, müəllim heyyəti və tələbələrlə görüşüb, universitetlərinin tanıtımını edib, mühazirələr söyləyib.

Türkiyəli qonaqlar Aqronomluq fakultəsinin Bağçılıq kafedrasında olmaqla professor, müəllim heyyəti ilə görüşüb. Prof.Dr.Abdulmecit Albayrak universitetlərinin tanıtımını edib, layihə barəsində məlumat verib. Kafedrnın professoru Dr. Zaur Həsənov meyvəçilik sahəsində aparılan tədqiqatlardan danışıb.

Photogallery

58441472 2263853007040975 4858025907798933504 N 58543783 2263852813707661 3982615984081993728 N 58381314 2263852993707643 6362302108317777920 N

Hadisə

Cəmiyyət