Çərşənbə günü 13 Noyabr 2019

Mədəniyyət

Gəncədə görkəmli sənətkar Məhəmməd Bürcəliyevin barelyefi vurulub

Sənubər Qocayeva - 25/04/2019

Bu gün Azərbaycanın Xalq artisti, qocaman səhnə ustası, teatr və kino aktyoru Məhəmməd Bürcəliyevin (1914- 1994) doğum tarixidir. Sənətkarın adının əbədiləşdirilməsi məqsədi ilə yaşadığı binanın qarşısına xatirə-barelyefi vurulub. Azərbaycanın xalq artistinin oğlu Anar Bürcəliyev ailə üzvləri adından görkəmli sənətkarın xatirəsinə göstərilən diqqətə görə şəhər rəhbərliyinə dərin təşəkkürünü bildirib.

1935-ci ildən ömrünün sonunadək Gəncədə yaşayıb-yaradan görkəmli sənətkar 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Burada beşillik təhsilini başa vurduqdan sonra fabrik-zavod məktəbinə daxil oub. Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildə Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

O, Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qalereyası yaradıb. 1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilədək Gəncə Dövlət Dram Teatrında çalışıb.

M.Bürcəliyevin “Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilmiş “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli mükafata layiq görülüb. Həmçinin respublikada çıxan qəzet və jurnallarda 75-dən çox məqalə, resenziya və oçerkin müəllifidir.

Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən çox maraqlı obrazlar qaleriyası yaradıb. “Od gəlini”ndə Altunbay, “Aydın”da Səlim, “Nəsrəddin şah”da Cavad xan, “1905-ci ildə”də Qubernator, “Almaz”da Şərif və s. Həmçinin 11 pyesə quruluşçu rejissor kimi səhnə həyatı bəxş edib.

Məmməd Bürcəliyev Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaradıb. İstedadlı sənətkar 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib.

Məmməd Bürcəliyevin anadan olmasının 95 illik yubileyi münasibəti Bakıda “Xoşbəxt bürc altında” televiziya filmi istehsal olunub və nümayiş etdirilib.

Photogallery

18155469 695015430678312 759944793 N 18142779 695011760678679 200435809 N 18142982 695011730678682 122361694 N

Hadisə