Bazar ertəsi 26 Avqust 2019

Mədəniyyət

Gəncənin “Azərin”rəqs qrupu Türkiyədə Uşaq Festivalında iştirak edir

Sənubər Göyüşqızı - 24/04/2019

Türkiyənin 23 aprel Beynəlxalq Müstəqillik və Uşaq Bayramı münasibəti ilə Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Beynəlxalq Uşaq Festivalı keçirilir.

Üç gün davam edən festivalda 41 ölkədən, eləcə də Türkiyənin bütün şəhərlərindən məktəblilər iştirak edir.

Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin “Azərin” rəqs qrupu da Uşaq Festivalında iştirak edirlər.

Məlumat üçün bildirək ki, Türkiyənin beynəlxalq bayramlarından olan 23 aprel Beynəlxalq Müstəqillik və Uşaq Bayramı 1979-cu ildən hər il Türkiye Radyo Televizyon Kurumu tarafından düzenlenen beynəlxalq uşaq şənliyidir. Azərbaycanı isə festivalda 12 nəfərdən ibarət rəqs və musiqi kollektivi təmsil edib.

Ən çox oxunan

Cəmiyyət