Bazar ertəsi 27 May 2019

İdman

Ülviyyə Fətəliyeva Dünya Kubokuna vəsiqə qazanıb

Gülnar Fazilqızı - 23/04/2019

Antalyada qadın şahmatçılar arasında Avropa çempionatı başa çatıb. Rusiya təmsilçisi Alina Kaşlinskaya 8 xalla turnirin qalibi olub. Onunla eyni xala malik olan fransalı Marie Sebaq ikinci, almaniyalı Elizabet Pets üçüncü yeri tutub. Onlardan cəmi yarım xal geri qalan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva yeddinci pillədə qərarlaşıb.

Gəncə Şahmat Məktəbinin yetirməsi, Beynəlxalq Qrossmeyster Ülviyyə Fətəliyeva11 oyundan 7.5 xal toplayaraq uğurlu çıxış edib, Dünya Kubokuna vəsiqə qazanıb.

Digər şahmatçılarımız – Türkan Məmmədyarova, Günay Məmmədzadə 7, Xanım Balacayeva 6,5, Gülnar Məmmədova 6, Xəyalə Abdulla, Gövhər Beydullayeva 5,5, Nərmin Söyünlü 5, Zeynəb Məmmədyarova, Fidan Ağasıyeva 4,5 xal toplayıblar.

On bir turdan ibarət yarışda 32 ölkədən 130-dan çox şahmatçı mübarizə aparıb.

Hadisə

Cəmiyyət