Bazar ertəsi 27 May 2019

Cəmiyyət

“YAZ” təcrübə proqramının ilk günü uğurla yekunlaşıb

Sənubər Göyüşqızı - 23/04/2019

Bu günün gəncləri bir neçə dil bilir, müxtəlif kurslara, təlimlərə gedir, müasir informasiya texnologiyalarından yüksək səviyyədə istifadə etmək baçarığına malikdirlər.

Bu, əmək bazarında gənclərin üstün kateqoriya mövqeyindən çıxış etməsinə şərait yaradır. Lakin bir çox gənclərimiz bilik və bacarıqlarından düzgün istifadə edə bilmir, yanlış yol seçirlər. Sonda arzuladıqları nəticəni ala bilmirlər.

YAP Gəncə şəhər təşkilatının dəstəyi, Gəncə Təlim və Resurs Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “YAZ” təcrübə proqramı gənclərə bu sahədə yardım edir. Təcrübə proqramına qoşulan gənclərin dünyagörüşlərinin, intellektual səviyyələrinin artırılması, müstəqil ixtisas seçimini təbliğ etməklə gələcəkdə peşəkar kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər aparılır.

“YAZ” təcrübə proqramın ilk günün mövzusu doğru araşdırma aparmaq yolları, təklif formasının hazırlanma qaydası olub.

Tural İsakov gənclərə karyera planlaması, iş həyatını doğru anlama, gələcək karyeraya hazırlıq, əmək bazarı və məşğulluq kimi fəaliyyətlərin sistemli öyrənilməsindən danışıb. Bildirib ki, hazırda yalnlz nəzəri biliklərə sahib olan gənclərə deyil, həmin bilikləri praktikada tətbiq edə biləcək çevik, yüksək intellektə malik kadrlara ehtiyac vardır.

Qeyd edək ki, cəmiyyətdə ixtisaslı və bacarıqlı kadrların formalaşmasına dəstək olmaq məqsədi ilə həyata keçirilən “YAZ” təcrübə proqramına qoşulan gənclər müxtəlif sahələr üzrə təlimlərdə iştirak etməklə yanaşı 2 ay ərzində təşkilatın müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.
Təcrübə proqramını uğurla başa vuran təcrübəçilər YAP Gəncə şəhər təşkilatı tərəfindən sertifikatla təmin olunacaq, işlə təmin olunma imkanı əldə edəcəklər.

Photogallery

57358038 2233781600270249 4936454858187210752 N 57238842 2233781733603569 2262246389624864768 N 57402328 2233781616936914 1352449385778118656 N 57387496 2233781636936912 836057157018320896 N 57504296 2233781986936877 4939005712278749184 N

Hadisə

Cəmiyyət