Cümə axşamı 19 Sentyabr 2019

İdman

Niyazi Bayramov Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının qalibini təbrik edib

Gülnar Fazilqızı - 17/04/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov cari ilin 14-21 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının qalibi Aytac Səmədovanı qəbul edib. Görüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, UAFA Gəncə İƏRM-nin koordinatoru Rəzalə Abbasova, Respublikanın Əməkdar Məşqçisi Natiq Əliyev də iştirak edib.

Niyazi Bayramova məlumat verilib ki, Aytac Səmədova Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarından Gəncəyə 4 medalla qayıdıb. Onlardan biri qızıl, biri bürünc, ikisi isə gümüşdür. Natiq Əliyevin yetirməsi “Ayaq üstə ağırlığı yerindən qaldırma”da qızıl, “Ağırlığı çiyinə alaraq oturub-durma”da gümüş, “Uzanaraq ağırlığı sinəyə almaq”da bürünc və nəhayət üç hərəkətin cəminə görə yenə bir gümüş medal qazanıb.  

Niyazi Bayramov Aytac Səmədovanı əldə etdiyi birincilik münasibətilə təbrik edib, onun əzmkarlığının təqdirəlayiq olduğunu dilə gətirib, idmançı xanıma yeni qələbələr, yüksək nailiyyətlər arzulayıb.

Məlumat üçün bildiriək ki, Aytac Səmədova Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakultəsinin Alman dili ixtisasının II kursunda təhsil alır. Gənc xanım UAFA Gəncə İƏRM-dən bəhrələnən yüzlərlə uşaq, yeniyetmə və gəncdən biridir. O ilk beynəlxalq mükafatını 2015-ci ildə qazanıb. Belə ki, həmin il ABŞ-ın Kaliforniya ştatının Los-Angeles şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edib və Gəncəyə 3 gümüş, 1 bürünc medalla qayıdıb.

 

Photogallery

+PS2A1662 +PS2A1713

Hadisə

Cəmiyyət