Cümə axşamı 25 Aprel 2019

Təhsil

Təcrübəçi tələbə sınaq dərsini kurikulum təlim metodları əsasında keçib

Surxay Məmmədzadə - 16/04/2019

31 saylı tam orta məktəbdə Xarici dillər fakültəsinin Alman dili müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi Mərziyyə Zeynalzadənin 5 sinif şagirdləri üçün “Həkim yanında” mövzusunda sınaq dərsi olub.

Dərsdə orta məktəbin direktoru Elenora Əsgərova, fakültə dekanı Əjdər Əsgərov, kafedra müdiri Elvin Atakişiyev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, metodist müəllim Vüsalə Kərimova, orta məktəbin fənn müəllimi Pərvanə Hacıyeva iştirak ediblər.

Təcrübəçi tələbə mövzunu izah edən zaman  sözlərin alman dilində tələffüzü, cümlədə işlədilməsi qaydalarını şagirdlərə ətraflı izah edib. Dərsdə əyani vəsaitlərdən geniş istifadə olunub, şagirdlərin iştirakı ilə mövzuya aid səhnəciklər hazırlanıb, həmçinin, şagirdlər qruplar üzrə test tapşırıqlarını yerinə yetiriblər. Dərs kurikulum təlim metodlarına əsasən təşkil olunub.

Sonda dərs təhlil edilərək, yüksək qiymətləndirilib.

Photogallery

DSC 0602 700x500 DSC 0591 700x500 DSC 0601 700x500

Hadisə