Cümə axşamı 25 Aprel 2019

Təhsil

'Aqrar İnkişaf Könüllüləri'nin Gəncə nümayəndəliyinin növbəti təlimi Aqronomluq fakultəsində keçirilib

Surxay Məmmədzadə - 15/04/2019

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakultəsinin tələbələrinə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının Gəncə nümayəndəliyi tərəfindən “Ekoloji təmiz kənd təsərrüfatı haqqında Azərbaycan Respublikasının Qanunu” adlı təlim keçirilib.

Təlim zamanı könüllülərə Azərbaycan Respublikasında əhalinin, torpağın, suyun, bitkilərin və heyvanların sağlamlığını və təhlükəsizliyini təmin edən ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı geniş məlumatlar verilib.

Həmçinin könüllülərə Aqrar Sahədə baş verən yeniliklərdən danışılıb. Sonda könüllülər Ekoloji təmiz kənd təsərüfatı mövzusunda müzakirə aparıb.

Təlimdə Aqronomluq fakultəsinin dekan müavini Sahib Əşrəfov  iştirak edib.

Photogallery

57049098 2245104205582522 722368724153139200 N 57092913 2245104085582534 3748640807339425792 N 56830103 2245104078915868 4496455864101634048 N

Hadisə