Bazar günü 15 Dekabr 2019

İdman

Gəncədə 'Xəmsə' Milli İntellektual Oyunu keçirilib

Sənubər Qocayeva - 15/04/2019

Oyun Uşaq-Gənclər Inkişaf Mərkəzində gerçəkləşib.

"Xəmsə" Milli İntellektual Oyunu üzrə XI Azərbaycan çempionatının zona seçim turu Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub.  Seçim turunda 14 şəhər və rayonu təmsil edən 16 komanda iştirak edib. 

Çempionatın zona seçim turunun qalibi "Gəncə" komandası olub. İkinci yerə Gədəbəyin "Division", üçüncü yerə "Bərdə", dördüncü yerə isə "Kəpəz" komandası layiq görülüb. 

Hər 4 komanda XI Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Photogallery

56872489 783301458723091 512895292157198336 N 57258143 2831584883525788 7075306687074140160 N 57240656 1861441090622748 8536908187029209088 N 56764519 381310376045453 2867846016835518464 N

Hadisə