Bazar günü 16 İyun 2019

İdman

Gəncədə “Şahmatçı ailə”lər yarışıblar

Surxay Məmmədzadə - 15/04/2019

Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbində aprelin 14-də “Şahmatçı ailə” komanda yarışı keçirilib. Yarışda 33 komanda (66 iştirakçı) isveçrə sisitemi ilə 6 turdan ibarət olaraq mübarizə aparıb.

İştirakçılar komandalara bölünüb, hər komandanın 2 üzvü- kapitan (14 yaşınadək gənc) və onun bir ailə üzvü qalib adı uğrunda yarışa qoşulub.

Komandalar qarşılaşarkən kapitan rəqib kapitanla, ailə üzvü isə rəqib komandanın ailə üzvü ilə yarışıb. Komandanın hər bir üzvünün qazandığı xalların cəmi komandanın xalı kimi hesablanıb. Ən çox xal toplamış komanda turnirin qalibi elan olunub.

Qaliblər diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Photogallery

57094342 2837217199836122 2066903460162306048 N 57186109 2837217453169430 18483460477812736 N 57006257 2837217246502784 236788818408112128 N

Hadisə

Cəmiyyət