Bazar günü 16 İyun 2019

İdman

'MFL Gəncə Kuboku 2019' yarışının püşk atma mərasimi keçirilib

Gülnar Fazilqızı - 15/04/2019

Gəncədə MFL və şəhərdə fəaliyyət göstərən "Offside Club" -un birgə təşkil etdiyi “MFL Gəncə Kuboku 2019” adı altında həvəskarlardan ibarət futbol yarışmasının püşk atma mərasimi baş tutub. Püşk atma mərasimi 64 komanda arasında gerçəkləşib.

Mərasimdə MFL-in direktoru Rəhman Hacıyev, AFFA-nın baş katibi Elxan Məmmədov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və Offside Klubun icraçı direktoru Elnur Movlayev iştirak edib. MFL-in direktoru Rəhman Hacıyev bildirib ki, MFL öz fəaliyyətini artıq Gəncə şəhərində davamlı şəkildə həyata keçirəcək və cari ilin oktyabr ayından etibarən Bakıda olduğu kimi Gəncə şəhərində də MFL oyunları uzun müddətli şəkildə həyata keçiriləcək.

Bildirək ki, oyunlara 20 Aprel tarixdən Offside Klubun mini stadionunda start veriləcək.

Qeyd edək ki, "MFL Gəncə Kuboku 2019" "Gəncə Avropa İdman Şəhəri 2019" layihəsinin fəaliyyət planın bir hissəsidir.

Photogallery

Aces Bayragi 1 IMG 3522 IMG 3500

Hadisə

Cəmiyyət