Cümə axşamı 25 Aprel 2019

Təhsil

Gəncədə Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib

Gülnar Fazilqızı - 13/04/2019

Gəncə Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib. İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zahir Hüseynov, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təhlili Bölməsinin nümayəndəsi və digər məsul şəxlər iştirak ediblər. Gəncə Şəhər Təsil İdarəsində baş tutan toplantıda riskli ailələrin, çətin tərbiyyə olunan şagirdlərin müəyyən edilməsi, uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması mövzusu ətrafında müzakirələr aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Abbasova çıxış edərək bildirib ki, məktəbdə təlim-tərbiyyə işinin təşkilində müəssisə rəhbərlərinin üzərinə çox böyük iş düşür. Hər bir məktəb direktoru çətin tərbiyyə olunan, natamam və ya maaddi vəziyyəti aşağı olan ailədə yaşayan şagirdləri barədə məlumatlı olmalıdır. Onların timsalında bütün şagirdlərə xüsusi diqqət və qayğı ilə yanaşmalıdır. Tədris prossesi elə qurulmalı, təlim-tərbiyyə işi elə təşkil edilməlidir ki, hər bir şagird özünü rahat və güvəndə hiss etsin.  Vəfa Abbasova müzakirə olunan mövzunun aktuallığına toxunub, mövcud vəziyyətin yaranmasına səbəb olan amillərin tapılaraq, aradan qaldırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, sadəcə təhsil işçilərinin yox, cəmiyyətin hər bir üzvünün üzərinə düşən öhdəlikdir. Bakının 162 nömrəli məktəbində baş verən intihar hadisəsinə diqqət çəkən Vəfa Abbasova, bu tip üzücü olayların yaşanmasında fərdlərin yox, bütöv bir cəmiyyətin rolunun olduğunu dilə gətirib. Bununla belə təlim-tərbiyyə prosesində məktəb direktorlarının, pedaqoq və psixoloqların risk qrupuna daxil olan uşaqlar xüsusi diqqət və qayğı ilə yanaşmalarının vacib olduğunu qeyd edib.

Şəhər Təhsil İdarəsinin müdiri Zahir Hüseynov çıxış edərək, hazırda Gəncə məktəblərində olan mövcud vəziyyət barədə məlumat verib. O bildirib ki, ümumtəhil məktəblərində psixoloq işinin təkmilləşdirilməsinə böyük ehtiyac var. Bununla yanaşı o, yuxarı sinif şagirdlərinin dərslərə olan marağının aşağı olmasına toxunub, bu istiqamətdə müəyyən adımların atlmasının vacib olduğunu bildirib. Bura dəsr prosesi zamanı müasir metodlardan istifadə, müzeylərə ekskursiyaların təşkili və digər məsələlər aid edilib.  Zakir Hüseynov Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi barədə də danışıb. O bilridib ki, layihənin əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir.

İclasda Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təhlili Bölməsinin, Kəpəz və Nizami Rayon İcra Hakimiyyətlərinin Qəyyumluq və Himayəçilik Komissiyalarının və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının müdafiəsi üzrə Komissiyaların hesabatları, məktəb direktorlarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, müəyyən tapşırıqlar  verilib.

 

Photogallery

XB  9561 XB  9572 XB  9574 XB  9608 XB  9556 XB  9553

Hadisə