Bazar günü 16 İyun 2019

Təhsil

Çexiya Respublikasının nümayəndə heyəti ADAU-da olub

Sənubər Göyüşqızı - 12/04/2019

Çexiya Respublikasının Kənd Təsərrüfatı nazirinin müavini Pavel Veselinin rəhbərliyi ilə aqrar sahədə fəaliyyət göstərən şirkətlərin rəhbərlərindən ibarət nümayəndə heyəti və Çexiya Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri Milan Ekert Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində olub.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov  ölkədə kənd təsərrüfatının mövcud vəziyyəti, imkanlar və perspektivlər,  ölkə rəhbərliyinin aqrar sahəyə olan qayğısı haqqında qonaqlara ətraflı məlumat verib. Həmçinin rektor görüşdə aqrar təhsilə dövlət dəstəyi, son illərdə universitetin maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, ən müasir  avadanlıqlarla təchiz edilən  yeni laboratoriyalar, tələbələrə verilən güzəştlər, ən müasir tələbə yataqxanalarının tikilib istifadəyə verilməsi barədə də danışıb. Rektor ADAU-nun Avropa universitetləri ilə aqrar sahədə olan əlaqələrini qeyd edib və Çexiya universitetləri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Çexiya Kənd Təsərrüfatı nazirinin müavini Pavel Veselin öz növbəsində səmimi qəbula görə rektor İbrahim Cəfərova minnətdarlığını bildirib.  Nazir müavini öz çıxışında Çexiyanın kənd təsərrüfatının mövcud vəziyyəti haqqında geniş məlumat verib, qlobal iqlim dəyişikli ilə əlaqədar kənd təsərrüfatının getdikcə daha da əhəmiyyət kəsb edəcəyini bildirib.

Pavel Veselinin görüşdən məmun qaldığını və ADAU-nun Çexiya Respublikasının Aqrar universitetləri ilə təhsil və elm sahəsində  əlaqələrinin genişləndirilməsi istiqamətində müvafiq dəstək göstərəcəyini bildirib.

Görüşdən sonra qonaqlar ADAU-nun təhsil şəraiti, texniki bazası ilə yaxından tanış olublar.

Photogallery

56618702 2242331712526438 2203331301023416320 N 56960573 2242330739193202 7421977493516582912 N 56711059 2242331299193146 565842180103471104 N 57240697 2242330289193247 3026328424567275520 N

Hadisə

Cəmiyyət