Cümə axşamı 25 Aprel 2019

Təhsil

GDU-nun əməkdaşları AESOP layihəsi çərçivəsində Kiyevdə keçirilən görüşdə təmsil olunublar

Sənubər Göyüşqızı - 11/04/2019

GDU-nun “Erasmus+” proqramı çərçivəsində Akaki Tresteli Dövlət Universitetinin rəhbərlik etdiyi “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsində tərəfdaş qismində fəaliyyətini davam etdirir.

Bu dəfə universitetin əməkdaşları Vadim Hetman adına Kiyev Dövlət İqtisad Universitetində yerli tərəfdaşlar və avropalı ekspertlərlə birgə təşkil olunan görüşdə iştirak ediblər.

Görüşün əsas məqsədi Kiyev Dövlət İqtisad Universitetinin Ombudsman ofisinin fəaliyyəti ilə tanışlıq və onların həyata keçirdiyi təcrübələri öyrənmək və digər universitetlərdə mövcud vəziyyəti müzakirə etmək olub. Universitetdə Ombudsman ofisinin rəhbəri Bohdan Yarmolenkonun fəaliyyət planına dair təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Görüşdə Gəncə Dövlət Universitetinin layihə üzrə işçi qrupunun üzvü, İKT şöbəsinin müdiri Asif Həsənov və beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Mustafa Hüseynov iştirak ediblər.

Tədbirdə əməkdaşlar Gəncə Dövlət Universitetində yaradılan Ombudsman Mərkəzi, mövcud vəziyyət, layihə çərçivəsində həyata keçirilən digər işlər və fəaliyyət dövründə yaranan problemlər haqqında məlumat veriblər.

Görüşün yekununda layihə ilə bağlı gələcək fəaliyyət istiqamətləri müzakirə edilib, mövzu ətrafında geniş diskussiyalar aparılıb və tövsiyələr verilib.

Photogallery

15549045996445336523 1000x669 1554904599289292122 1000x669 15549045994632347170 1000x669

Hadisə