Cümə axşamı 25 Aprel 2019

Cəmiyyət

Gəncə Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu baş tutub

Gülnar Fazilqızı - 10/04/2019

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi qəbulda sakinlər öz problemlərini dilə gətirib, təkliflərini səsləndiriblər.

Müraciətlər arasında işlə təminat, torpaq sahəsinin ayrılması,  fərdi evin təmiri, su və mavi yanacaqla bağlı məsələlər üstünlük təşkil edib. Vətəndaşların müraciətlərini tək-tək dinləyən Niyazi Bayramov, səsləndirilən bir çox problemin dərhal aradan qaldırılmasını tapşırıb. Dilə gətirilən bir sıra məsələlərin isə araşdırılaraq qanuna uyğun formada həll edilməsi istiqamətində müvafiq qurumlara göstərişlər verib. 

Photogallery

+PS2A9955 +PS2A9995 +PS2A9966

Hadisə