Bazar günü 21 İyul 2019

Cəmiyyət

“Gələcəyə Körpü” Gənclər Birliyi Litvada beynəlxalq layihə həyata keçirir

Sənubər Qocayeva - 10/04/2019

Layihə 7-15 aprel 2019-cu il tarixlərində Litvanın Kaunas şəhərində gerçəkləşir.

7-15 Aprel, 2019-cu il tarixlərində Litvanın Kaunas şəhərində “Gələcəyə Körpü” Gənclər Birliyinin Avropa  Komissiyasının Erasmus+ (Key Action 2 – Əsas Fəaliyyət 2) çərçivəsində “Məşğulluq, sahibkarlıq sahəsində  təhsil və icma inkişafı  üzrə gənc resurs mərkəzi” adlı layihəsinin 2-ci fəaliyyəti həyata keçirilir

Layihə müddətində 13 nəfərlik Azərbaycandan olan gənclər heyəti Kaunas şəhərində fəaliyyət göstərən sosial innovasiya mərkəzləri, biznes inkubatorları, biznes və gənclər sahəsində fəaliyyət göstərən təşkilatlar ilə görüşlər həyata keçirir, o cümlədən biznes, innovasiya sahələrində yeni bacarıq və biliklər əldə edir. Yeni təcrübələrin əldə edilməsi və müvafiq sahədəki metod və innovativ yanaşmaların mənimsənilməsinə fokuslanan fəaliyyət layihənin ümumi gedişatı üçün effektiv rol oynayacaqdır.

Layihənin əsas məqsədi ölkənin Gəncə-Qazax regionunda  yaşayan gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq və iştapma bacarıqlarının artırılmasıdır.

Qeyd edək ki, Birlik Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində beynəlxalq layihələrdə həm göndərən, həm də qəbul edən təşkilat olaraq uzun müddətdir ki, fəaliyyət göstərir.

Photogallery

2

Hadisə

Cəmiyyət