Cümə axşamı 25 Aprel 2019

Mədəniyyət

Gəncədə 10 000 000-cu sakinin şərəfinə konsert verilib

Gülnar Fazilqızı - 09/04/2019

Gəncədə Azərbaycan əhalisinin sayının 10 000 000-na çatması bayram edilib. Bu münasibətlə Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Heydər Əliyev meydanında konsert proqramı təşkil olunub.

Konsertdə şəhər icra hakimiyyətinin rərbəri Niyazi Bayramov, millət vəkilləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri,  sakinlər və şəhərin qonaqları iştirak edibər. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivi tamaşaçılar qarşısında rəngarəng musiqi proqramı ilə çıxış edib. Konsert boyu meydanda Azərbaycanın üç rəngli dövlət bayrağı dalğalandırılıb. Şən mahnılar, bir-birindən maraqlı milli rəqslər tamaşaçıların alqışları ilə müşayiət olunublar. 

Photogallery

+PS2A9896 +PS2A9891 +PS2A9904 +PS2A9912 +PS2A9945 +PS2A9927

Hadisə