Bazar günü 21 İyul 2019

Mədəniyyət

“GƏNCƏM” adlı fotomüsabiqəyə start verilir

Sənubər Qocayeva - 05/04/2019

YAP Gəncə şəhər təşkilatının dəstəyi, “Yeni Gəncə” informasiya portalının təşkilatçılığı ilə “GƏNCƏM” adlı fotomüsabiqəyə start veririlir. Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə dəstək vermək və doğma Gəncəmizi fotolar vasitəsi ilə təbliğ etməkdir.

“GƏNCƏM” foto müsabiqəsi 1 ay ( 5 aprel- 5 may) ərzində keçiriləcək.
 
Qaliblər iki mərhələdə müəyyən olunacaq;
 
– Sosial şəbəkələrdə ən çox bəyənilən və ən çox paylaşılan foto
– Münsiflər heyyətinin səsverməsi ilə ən çox səs toplayan foto
 
Sonda müsabiqənin qaliblərinə sertifikat və qiymətli hədiyyələr təqdim ediləcək.
 
Müsabiqədə iştirak etmək istəyən həvəskarlar və peşəkar fotoqraflar Gəncə ilə bağlı fotoları ( heç yerdə dərc edilməyən ) aşağıdakı ünvana göndərə bilərlər.
 
E-mail: gencem2019@gmail.com Tel: +994 55 418 05 37

Hadisə

Cəmiyyət