Bazar günü 21 İyul 2019

Mədəniyyət

Gəncə Dövlət Dram Teatrı ilə Gürcüstanın Ozurgeti Dövlət Teatrı arasında memorandum imzalanacaq

Sənubər Qocayeva - 03/04/2019

Mərasim aprelin 5-i saat 12.00-da Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq.

Aprelin 5-i saat 19:00-da Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq. 

Teatrdan  verilən məlumata görə, Gürcüstanın Mesxeti (Axalçixi) Peşəkar Dövlət Dram Teatrında Janri Kaşianın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın rejissoru Georgi Şalutaşvilidir.

Tamaşanın səhnəqrafiya işi Lela Peradzeyə, geyim üzrə rəssam işi Nana Koranaşviliyə, xoreoqrafiya Tamta Tavdişviliyə məxsusdur.

Bəstəkar Aleksi Turiaşvili, səhnə hərəkəti üzrə rəssam Cuna Tumanişvilidir.

Qeyd edək ki, tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında 2018-ci ilin noyabrın 14-də imzalanan memorandum çərçivəsində təqdim olunacaq.

Azərbaycan və Gürcüstan respublikaları arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə xidmət edən memorandum gələcək faydalı teatr əməkdaşlığına töhfə verəcək mühüm razılaşmadır.

İttifaqlararası memorandum çərçivəsində keçiriləcək daha bir tədbirdə – Azərbaycanın Gəncə Dövlət Dram Teatrı ilə Gürcüstanın Ozurgeti Dövlət Teatrı arasında qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanacaq. Mərasim aprelin 5-i saat 12.00-da Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutacaq. 

Hadisə

Cəmiyyət