Cümə axşamı 25 Aprel 2019

İqtisadiyyat

Fasadı alkopanla üzlənmiş obyekt rəhbərlərinə göstəriş verilib

Gülnar Fazilqızı - 02/04/2019

Gəncədə fasadı alkopanla üzlənmiş obyektlərin rəhbərlərinə göstəriş verilib. Bununla bağlı Gəncə Şəhər İcra Hakimiyyətində obyekt sahiblərinin iştirakı ilə iclas keçirilib.

İclasda şəhər rəhbərliyinə məlumat verilib ki, Gəncədə fasadı alkopanla üzlənmiş 8 obyekt var. Bunlardan ikisi mağaza, ikisi tiracət mərkəzi, dördü isə şadlıq sarayıdır. FHN-nin Gəncə Regional Bölməsinin Yanğından Mühafizə Xidmətinin nümayəndəsi obyekt sahibləri ilə söhbət aparıb, onlara baş verə biləcək yanğın hadisələri və mühafizə yolları barədə danışıb. Gəncə Şəhər İcra Hakimiyyətindən verilən tapşırığa əsasən fasadı alkopanla üzlənmiş obyektlərin üzlükləri labarator şəraitdə yoxlanılmalıdır. Sınaq nəticələri barədə rəylər Gəncə Şəhər İcra Hakimiyyətinə və FHN-nin Gəncə Regional Bölməsinin Yanğından Mühafizə Xidmətinə təqdim edilməlidir.

Photogallery

+XB  9483 +XB  9495 +PS2A0006

Hadisə