Bazar ertəsi 27 May 2019

Dünya

MSK: Vladimir Zelenski Ukraynada prezident seçkilərinin nəticələrinə görə liderdir

Sənubər Göyüşqızı - 01/04/2019

Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanıb.

Bu barədə  Ukraynanın Mərkəzi Seçki Komissiyasının saytıı xəbər verib.

Bildirilir ki, son məlumata prezidentliyə namizəd Vladimir Zelenski qalibdir. O, seçicilərin 30,23 faizinin səslərini toplayıb. V.Zelenskinin əsas rəqibi Petr Poroşenko isə hazırkı nəticələrə görə seçkilərdə 16,65 səs toplayıb.

Protokolların son nəticələrinə əsasən Yuliya Timoşenko siyahıda 13,14 səslə üçüncü yerdədir. 

Qeyd edək ki, prezident seçkilərində keçirilən "exit poll"un nəticələri də Vladimir Zelenskinin qalib olduğunu göstərmişdi.  

Hadisə

Cəmiyyət