Bazar günü 21 İyul 2019

Elm

AMEA-nın Gəncə Bölməsində “Elm günü” münasibətilə elmi-praktik konfrans keçirilib

Sənubər Qocayeva - 28/03/2019

Konfransda AMEA-nın Gəncə bölməsinin sədri, əməkdar elm xadimi akademik Fuad Əliyev, AMEA-nın müxbir üzvləri, professor İbrahim Cəfərov, professor Vaqif Novruzov, Tarix elmləri doktoru, professor Həsənbala Sadıqov və elmi ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdən öncə iştirakçılar Elmlər Akadmiyasının Gəncə bölməsinin foyesində uzun illər ərzində əldə olunan nailiyyətlərə həsr edilən sərgi ilə tanış olublar. Stendlərdə Heydər Əliyevin Gəncə səfərləri, əsgər və zəhmətkeşlərlə görüşə aid şəkillər  yer alıb. Alimlər sərgidə AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun nəşr etdiyi “Ulu öndər” kitabı, həmçinin dövlət başçısı İlham Əliyevin Gəncəyə səfərlərinə aid kitabı ilə tanış olublar. Humanitar Tədqiqatlar İnstitunun stendində “Azərbaycan folkloru antologiyası  - IX cild”, Gəncə folkloru antologiyası I,II,III cildləri”, “Gəncə adət-ənənələri” kitabları nümayiş etdirilib. “Azərbaycan məhəbbət dastanlarının poetikası” və “Azərbaycan folklorunda Xıdır Nəbi obrazı” kitabları və digərləri də  eksponatlar sırasına daxil olub.

Konfransı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açaraq ölkə başçısı tərəfindən “Elm günü”nün təsis edilməsinin əhəmiyyəti, şəhərin bu günkü elmi potensialı və ölkə başçısının diqqət və qayğısına cavab olaraq qarşıda duran vəzifələr barədə məlumat verib.

Tədbirdə çıxış edən alimlər əsasən regionda aqrar elm sahəsində aparılan tədqiqatlar və perspektivlərdən, bioresurslar sahəsində aparılan elmi-tədqiqat işləri və onların tətbiqindən, Qərb bölgəsinin mütəffəkirləri və klassiklərindən, həmçinin Gəncədə tarixi araşdırmalardan, regionun ekoloji tarazlığından və digər aktual elmi mövzulardan məlumat veriblər.

Tədbirdə son illər elmi fəaliyyəti ilə fərqlənən alimlər, habelə “İlin ən fəal qadın alimi” və   “İlin ən fəal gənc tədqiqatçısı” müsabiqələrinin qalibləri olan İlahə Cəfərovaya və Elnur Həsənova Fəxri Fərman, diplom və qiymətli xatirə hədiyyələrlə mükafatlandırılıblar.

Daha sonra konfrans iştirakçıları adından AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə müraciət oxunub.

Sonda konfrans iştirakçıları xatirə şəkillər çəkdirib.

Qeyd edək ki, Gəncədə bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Bölməsində, 3 universitet, 4 elmi-tətqiqat İnstitutu fəaliyyət göstərir. Burada 1 nəfər akademik, 2 nəfər AMEA-nın müxbir üzvü, 50-dən artıq elmlər doktoru, 560-dan çox fəlsəfə doktorları çalışır.

Photogallery

XB  1337 XB  1385 XB  1397 XB  1399 XB  1371

Hadisə

Cəmiyyət